Insta360 Go 2
11 mart 2021 09:46 (UTC +04:00)

Insta360 Go 2

Dünyanın ən kiçik vloq kamerası

İnsta360 Go 2 inanılmaz kiçik kamera modelidir.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, çəkisi yalnız 27 qram olan məhsul, şirkətin bəzi digər modelləri kimi 360 dərəcə videolar çəkə bilmir. Ölçüləri ilə hər zaman daşına bilən seçim olan məhsul, çox müasir dizayna sahibdir və maqnit əlaqə aparatı sayəsində boyunbağı kimi geyilə bilir. Tək bir obyektivə sahib olan Go 2, arxasında 1 / 2,3 düymlük sensör olan kamera ilə 1440P keyfiyyətində 50 fps video və 2000 x 2000 piksellik şəkil çəkə bilir. Proqram dəstəyi ilə çox yaxşı şəkil sabitləşdirmə performansına sahib olan Insta360 Go 2, IPX8 sertifikatı ilə suya davamlı seçimdir. Normal 30 dəqiqə, kamera ilə 150 ​​dəqiqə işləyə bilən kamera, tətbiq əsasında bir çox yaradıcı çəkiliş rejimi ilə gəlir. Modelin şüşəyə yapışdırılması üçün xüsusi dayağın olduğunu da qeyd etmək lazımdır. 

# 2319
avatar

Oxşar yazılar