ChatGPT çat-botu ilk dəfə məhkəməyə verildi
12 iyun 2023 14:36 (UTC +04:00)

ChatGPT çat-botu ilk dəfə məhkəməyə verildi

OpenAI şirkətinə və onun süni zəka əsaslı ChatGPT çat-botuna qarşı məhkəmə iddiası qaldırılıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, böhtan atmaq məsələsində süni zəkaya qarşı qaldırılmış ilk məhkəmə iddiasıdır. Məhkəmə iddiası Mark Walters adlı radio aparıcı tərəfindən 5 iyun tarixində ABŞ-ın Corciya ştatının Ali məhkəməsində qaldırılıb. Belə ki, ChatGPT onu aldatmasa da onun barəsində səhv məlumat təqdim edib. Fred Riehl adlı jurnalist online PDF faylına istinad edərək ChatGPT-dən federal məhkəmədə olmuş real işi ümumiləşdirmək istəyib.

ChatGPT isə cavab olaraq bildirib ki, Mark Walters silah gəzdirmə hüquqlarının qorunması üzrə qeyri-kommersiya təşkilatının 5 milyon dollar dəyərində vəsaitini qanunsuz şəkildə mənimsəyib. Halbu ki, Mark Walters indiyənə kimi bu cür faktla bağlı günahlandırılmayıb. Jurnalist ChatGPT tərəfindən təqdim edilmiş məlumatı dərc etməsə də, Walters necəsə bu barədə məlumat əldə edib və böhtan atma məsələsi ilə bağlı OpenAI şirkətinə qarşı məhkəmə iddiası qaldırıb.

Hal hazırda radio aparıcı OpenAI-dan təzminat tələb edir. Onun tələb etdyi təzminatın məbləği barəsində isə məlumat verilməyib. Qeyd etmək lazımdır ki, ChatGPT və ona bənzər digər çat-botlar çox zaman səhv məlumatı doğru məlumat kimi təqdim edirlər. Çünki onlar hələ doğru məlumatı uydurulmuş məlumatdan fərqləndirə bilmirlər. Buna görə də OpenAI öz çat-botunun ana səhifəsində qeyd edib ki, ChatGPT bəzi hallarda doğru olmayan məlumatları tərtib edə bilər.

# 1896
avatar

Oxşar yazılar