Belçikalı alimlər tor qişasının skan edilməsi sayəsində infarkt riskini proqnozlaşdıran süni intellekt sistemi hazırlayıblar.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, sistem təxminən 70-80 faiz dəqiqliklə işləyir.
Bildirilir ki, hazırlanan süni intellekt ilə xəstələrin növbəti dəfə infarkt keçirmə riskinin olub-olmadığını təxmin etmək mümkün olacaq.
Sistemin hazırlanmasında 5 min adamın tor qişası və ürək klapanı analiz edilib. Gələcəkdə bu yeniliyin tibb elminə çox böyük kömək olacağı bildirilir.