Artıq "Twitter"də paylaşımlarından PUL QAZANACAQSINIZ
13 yanvar 2023 11:56 (UTC +04:00)

Artıq "Twitter"də paylaşımlarından PUL QAZANACAQSINIZ

"Twitter" istifadəçiləri sosial şəbəkə üçün hələ anons edilməmiş iki yeniliyi aşkar ediblər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, aşkar edilmiş yeniliklər yaxın zamanda "Twitter"də istifadəyə verilə bilər.

Belə ki, təqdim edilən yenilik əsasında istifadəçilərin öz abunəçilərindən hədiyyələr qəbul edərək paylaşımları hesabına gəlir qazana biləcək. Təqdim edilmiş screenshot fotolara əsasən birinci yenilik "Twitter Coin" adını əldə edib.

Sözügedən yenilik sosial şəbəkə daxilində artıq mövcud olan Tips funksiyasının imkanlarını genişləndirir və keyfiyyətli kontentlər paylaşan istifadəçilərin dəstəklənməsi üçün nəzərdə tutulub.

Screenshot fotolarda sosial şəbəkə daxilində istifadəyə veriləcək valyutanın loqosunu, elektron portmanatı və coinlərin əldə edilməsi menyusunu görmək olar. Awards adlı ikinci yenilik barəsində ətraflı bir məlumat yoxdur. Güman olunur ki, Awards funksiyası sosal şəbəkə daxilində Twitter Coin vasitəsilə hədiyyələrin əldə edilməsi imkanını verəcək. Əldə ediləcək hədiyyələrin nəticədə gəlir gətirib-gətirməyəcəkləri və ya paylaşımların ana səhifədə ön plana çıxarılmasını təmin edib-etməyəcəkləri bilinmir. Hələ bir neçə müddət bundan öncə Elon Musk qeyd etmişdi ki, "Twitter" bütün növ kontent yaradıcıları üçün müəyyən monetizasiya funksiyası üzərində çalışır.

# 3618
avatar

Fidan İlqar

Oxşar yazılar