“Apple” “iPhone” modelini  buraxmaya   bilər
03 aprel 2024 14:55 (UTC +04:00)

“Apple” “iPhone” modelini buraxmaya bilər

“Apple” çox gözlənilən “iPhone” modelinin buraxılışını ləğv edə bilər. 

Lent.az xəbər verir ki, söhbət şirkətin ilk qatlanan smartfonu olan “iPhone Fold”dan gedir. Onun buraxılışı 2026-cı ildə gözlənilirdi. Ancaq tərtibatçı bir çox texniki problemlərlə üzləşib.

“Apple” ən azı 2017-ci ildən bəri ilk qatlana bilən smartfon üzərində işləyir . Bildirilir ki, şirkət bazarda böyük sıçrayış yaratmağa çalışır, ona görə də cihazı buraxmağa tələsmir. Bununla belə, iddia edilir ki, belə bir cihazı heç vaxt görməmək riskimiz var.

Yayılan məlumatlara görə, “Apple” ekranların nasazlığına görə bu cihazın hazırlanmasını dayandırıb. 

Qeyd olunur ki, “Apple” mühəndisləri əyilə bilən ekranlardan gözlənilən keyfiyyəti əldə edə bilmirlər. “Cupertino” panel xüsusiyyətlərinə yüksək tələblər qoyur, lakin indiyədək təchizatçıların heç biri buna nail ola bilməyib.

Şirkət displeyin ortasında təkrar qatlanma nəticəsində əmələ gələn qırışıqları aradan qaldırmaq üçün əlindən gələni edir və hələ də ekranın ortada heç bir qabarıqlıq və əyilmə olmadan tamamilə düz yatmasına imkan verəcək menteşə dizaynı üzərində işləyir. Bundan əlavə, “Apple” işığın əks olunması ilə bağlı problemləri azaltmaq üçün panelləri silikon və ya akrilat kimi polimer materiallarla doldurmağı düşünür.

Bu səbəbdən şərti “iPhone Fold”un buraxılışı 2026-cı ildən 2027-ci ilə təxirə salınıb. Bununla belə, “Apple” rəhbərliyinə yaxın olan analitiklər qatlanan “iPhone”un qeyri-müəyyən müddətə təxirə salına və ya hətta ləğv oluna biləcəyindən ehtiyat edirlər. Çünki mövcud qatlanan texnologiya hələ belə “iPhone”u reallaşdırmağa imkan verəcək səviyyəyə çatmayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3828
avatar

Sevinc Fərid

Oxşar yazılar