Xiaomi ucuz Redmi Note 14 4G-nin beynəlxalq versiyasına dəstək haqqında məlumat açıqlayıb – altı illik təhlükəsizlik yamaları və 4 əsas əməliyyat sistemi yeniləməsi.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, beləliklə, Google Pixel 9 və Samsung Galaxy S24 kimi smartfona tam dəstək 2031-ci ilin fevralında dayandırılacaq. Əməliyyat sistemi Android 19 əsasında HyperOS versiyasına yenilənə biləcək.
Maraqlıdır ki, Redmi Note 14-ün 5G versiyası yalnız 2 əsas Android və 4 illik təhlükəsizlik yeniləməsi alacaq. Eyni şey xəttdəki digər smartfonlara da aiddir. İstehsalçının niyə belə qərar verdiyi hələ də aydın deyil.
Redmi Note 14 4G Avropada 230 avroya başa gəlir ki, bu da onu altı illik yeniləmə dəstəyi ilə ən sərfəli Android smartfonu edir. Əvvəllər bu, 249 avroya Samsung Galaxy A16 4G sayılırdı.
Xatırladaq ki, Redmi Note 14 4G Full HD+ təsvir ölçülü və 120 Hz tezliyə malik 6,67 düymlük AMOLED displey, MidiaTek Helio G99 prosessoru, 8 GB-a qədər əməli yaddaş, 108 MP əsas kamera və 33 Vt enerji ilə doldurulmuş 5500 mAh batareya əldə edib.