Yağıntılar kəsilib  - FAKTİKİ HAVA
15 sentyabr 2023 10:33 (UTC +04:00)

Yağıntılar kəsilib - FAKTİKİ HAVA

Faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, sentyabrın 15-i saat 9-a olan məlumatına əsasən ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti 14-ü gündüz saatlarında tədricən kəsilib. 15-i gecə və səhər hava sabit, əsasən yağmursuz keçib.

Düşən yağıntının miqdarı: Biləsuvar, Lerikdə 6 mm, Yardımlı, Beyləqan, Neftçala, Culfa, İmişli, Sabirabad, Cəfərxan, Lənkəran, Ağsu, Astarada 3 mm-dək olub.

Duman: Şəmkir, Şamaxı, Lerik, Qrızda müşahidə olunub.

Havanın maksimal temperaturu: Sentyabrın 14-də Bakıda iqlim normasından 1.4 dərəcə aşağı olub. Bakıda və Abşeron yarımadasında 24 dərəcəyədək isti, Naxçıvan MR-da 30 dərəcəyədək isti, Aran rayonlarında 28 dərəcəyədək isti, dağlıq rayonlarda 11-16 dərəcə isti olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3369
avatar

Oxşar yazılar