Kamal Abdullanın oğlunu Məleykə Abbaszadənin qızı əvəzlədi
15 oktyabr 2016 11:46 (UTC +04:00)

Kamal Abdullanın oğlunu Məleykə Abbaszadənin qızı əvəzlədi

Azərbaycan Dövlət Pedaqoji Universitetində kadr dəyişiklikləri olub.

 

APA-nın xəbərinə görə, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Mehdi Abdullayev işdən çıxarılıb. Onun yerinə keçmiş Azərbaycan Müəllimlər İnstitutunun prorektoru Nigar Abbaszadənin təyin ediləcəyi gözlənilir.

 

ADPU-nun rektoru Cəfər Cəfərov APA-ya faktı təsdiqləyib və  bildirib ki, Mehdi Abdullayev başqa işə keçməsi ilə əlaqədar öz ərizəsi ilə işdən azad olunub: “O, Azərbaycan Respublikası Prezidenti yadında Dövlət İdarəçilik Akademiyasında analoji vəzifəyə gedib. Onun yerinə bir neçə namizəd var və Nigar Abbaszadə də onlardan biridir. Hələ təyinat olmayıb, bu məsələ nazirliyin səlahiyyətindədir. Çox güman ki, ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə olacaq”.

 

C.Cəfərov vurğulayıb ki, ali məktəbin rəhbər heyətində kadrlar şöbəsinin müdiri, tədris-metodik şöbənin rəhbəri dəyişilib, digərləri işini davam etdirir.

 

Qeyd edək ki, Mehdi Abdullayev Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullanın oğlu, Nigar Abbaszadə isə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin qızıdır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 225

Oxşar yazılar

Bakıda bu yollarda sıxlıq var -  SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

13 may 2025 , 08:44
May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək

May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək

13 may 2025 , 00:02
Dörd BÜRC üçün  pul çay kimi  axacaq 

Dörd BÜRC üçün pul çay kimi axacaq 

12 may 2025 , 18:39
Bu məhsulu soyuducuda açıq saxlamaq  təhlükəlidir - XƏBƏRDARLIQ

Bu məhsulu soyuducuda açıq saxlamaq təhlükəlidir - XƏBƏRDARLIQ

12 may 2025 , 18:25
Leysan, dolu və sulu qar  XƏBƏRDARLIĞI

Leysan, dolu və sulu qar XƏBƏRDARLIĞI

12 may 2025 , 16:54
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

12 may 2025 , 16:34
Dahilərdən qadınlar haqqında 9 sitat

Dahilərdən qadınlar haqqında 9 sitat

12 may 2025 , 15:49
Bu abituriyentlərin üzürlü səbəbi olsa da BAĞIŞLANMIR

Bu abituriyentlərin üzürlü səbəbi olsa da BAĞIŞLANMIR

12 may 2025 , 15:35