"İnter"in iki hücumçusu klubunu dəyişəcək
12 may 2025 17:29 (UTC +04:00)

"İnter"in iki hücumçusu klubunu dəyişəcək

"İnter"in hücumçuları Marko Arnautoviç və Xoakin Korrea bu mövsüm başa çatdıqdan sonra Milan klubunu tərk edəcəklər.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, insayder Fabrisio Romanonun məlumatına görə, “neradzurrilər” müqavilələri başa çatmaqda olan 36 yaşlı avstriyalı və 30 yaşlı argentinalı ilə ayrılmaq planlarını dəyişməyib.

Hər iki futbolçu ilə müqavilə 2025-ci ilin iyununda başa çatır.

Arnautoviç bu mövsüm "İnter"in heyətində bütün turnirlərdə 26 oyun keçirib, 7 qol vurub və 2 məhsuldar ötürmə edib.

Korrea 19 oyuna çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 318

Oxşar yazılar