Ançelottinin yeni ünvanı  rəsmən AÇIQLANDI
12 may 2025 18:32 (UTC +04:00)

Ançelottinin yeni ünvanı rəsmən AÇIQLANDI

Uzun müddətdir adı Braziliya milli komandası ilə hallanan Karlo Ançelotti bu ölkənin Futbol Federasiyası ilə anlaşıb. İtaliyalı mütəxəssis mayın 26-dan Braziliya millisini çalışdıracaq.

"Real"ın italiyalı baş məşqçisi Karlo Ançelottinin gələcək taleyinə aydınlıq gəlib. Ançelottinin yeni ünvanı Braziliya olacaq.

Lünt.az-ın xarici mediaya istinadla xəbərinə görə; Karlo Ançelotti Braziliya Futbol Federasiyası ilə danışıqlarda razılığa gəlib. Ançelottinin Braziliya millisi ilə müqavilə imzaladığı bildirilir.

Təcrübəli çalışdırıcının sonuncu dəfə mayın 25-də “Real” ilə “Real Sosyedad”la qarşılaşmasında komandasının sükanı arxasına keçəcəyi, daha sonra isə mayın 26-dan Braziliya millisindəki vəzifəsinə başlayacağı bildirilib.

Digər tərəfdən, Braziliya milli komandasının başına keçməsi 65 yaşlı məşqçi üçün xüsusi olacaq. Ançelotti Braziliya millisini idarə edəcək ilk əcnəbi məşqçi olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 448

Oxşar yazılar