Seriya A debütantı klub rekordunu  üstələdi
12 may 2025 14:25 (UTC +04:00)

Seriya A debütantı klub rekordunu üstələdi

İtaliya A Seriyasının 36-cı turunda "Komo" "Kalyari"ni 3:1 hesabı ilə asanlıqla məğlub edib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu qələbə sayəsində Sesk Fabreqasın rəhbərlik etdiyi komanda klub rekordunu yeniləyib. Klub tarixində ilk dəfə İtaliya çempionatında ardıcıl 6 qələbə qazanıb.

“Komo” “Monza”nı (3:1), “Torino”nu (1:0), “Leççe”ni (3:0), “Genoa”nı (1:0), “Parma”nı (1:0) və “Kalyari”ni (3:1) məğlub edib. Keçirilən 36 oyundan sonra “Komo” 48 xal toplayıb və İtaliya A Seriyasında 10-cu yeri tutur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 337

Oxşar yazılar