Bu abituriyentlərin üzürlü səbəbi olsa da BAĞIŞLANMIR
12 may 2025 15:35 (UTC +04:00)

Bu abituriyentlərin üzürlü səbəbi olsa da BAĞIŞLANMIR

Qarşıdan ali məktəblərə qəbulun ikinci mərhələsi - I və II cəhd blok imtahanları gəlir. 

Bəs abituriyent üzrlü səbəblərdən hər iki cəhd blok imtahanında iştirak edə bilməsə, il ərzində onlara yenidən şans yaradılırmı?

Lent.az-ın sorğusuna Dövlət İmtahan Mərkəzindən bildirildi ki, abituriyentlərin ali məktəbə qəbul üçün  iki şansı var: yaz (I cəhd) və yay imtahanı (II cəhd):

“Əgər o, ali təhsil müəssisəsinə qəbul olmaq istəyirsə, bu iki imtahandan birində mütləq iştirak etməlidir. 

İmtahandan sonra müsabiqə şərtlərini ödəyən abituriyentlər ixtisas seçiminə buraxılırlar. 

Bu iki imtahanda iştirak etməyən şəxslərə il ərzində başqa tarixlərdə universitetlərə qəbul üçün imtahan keçirilmir”, - deyə qeyd olundu. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 554

Oxşar yazılar