Ağlınızı  başınızdan alacaq   5 detetkiv serial -VİDEO
12 may 2025 15:07 (UTC +04:00)

Ağlınızı başınızdan alacaq 5 detetkiv serial -VİDEO

Bu kriminal seriallar ilk seriyadan etibarən sizi özünə çəkir və sonadək düşündürür: görəsən, cinayətlərin arxasında hansı dəhşətli həqiqətlər gizlənib?

Lent.az sizi finala qədər gərginlikdə saxlayan serialları təqdim edir.

"Həqiqi detektiv"

Detektivlər Martin Hart və Rust Kol hələ 1990-cı illərdə tanış olublar, o zaman onlar bir serial qatilin işi ilə maraqlanırdılar. 2012-ci ildə isə yeni sübutlar üzə çıxır və bu yalnız sirli qətllərə yox, həm də polis əməkdaşlarının qaranlıq keçmişinə işıq salır.

"Kəskin əşyalar"

Jurnalist Kamilla Priker redaksiyanın tapşırığı ilə doğma şəhərinə qayıdır ki, iki yeniyetmə qızın qətlini araşdırsın. Lakin şəhər sakinləri onun dönüşünə sevinmir. Kamilla yerli sirləri araşdırmağa başladıqda isə həyatının təhlükə altında olduğunu anlayır.

"Oredə qətllər"

Xanna xidmətdən uzaqlaşdırılmanın ağrısını yaşadığı bir vaxtda, çətin bir işlə qarşılaşır. O, istirahət üçün getdiyi balaca şəhərdə bir yeniyetmə qızın yoxa çıxması ilə maraqlanmağa başlayır. Ona gənc polis Daniyel qoşulur. İstintaq zamanı onlar şəhərin sakit səthinin altında gizlənən ən qaranlıq sirləri aşkar edirlər.

"Cənnət bayrağı altında"

Detektiv Ceb Payr amansız bir qətli araşdırır: iki qardaş öz kiçik qardaşlarının həyat yoldaşını və uşağını öldürüb. Onlar bu vəhşiliyi guya Tanrının əmri ilə etdiklərini bildirirlər. Cinayətin səbəblərini axtaran detektiv elə bir qorxunc həqiqəti üzə çıxarır ki, bu onun dünya görüşünü tamamilə dəyişir. Görəsən, o bu kəşf etdiyi şər qarşısında dayana biləcəkmi?

"Yalançı"

Gərgin psixoloji triller bir görüşdən bəhs edir ki, bu da sonradan həqiqət uğrunda mübarizəyə çevrilir. Müəllimə Lora və cərrah Endryu guya bir gecəni birlikdə keçiriblər, lakin sonradan onların baş verənlərlə bağlı fikirləri üst-üstə düşmür. Görəsən, kim doğrunu deyir, kim isə hadisələri manipulyasiya edir?

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 388

Oxşar yazılar