Gənclər üçün yeni müsabiqə elan olundu
19 aprel 2019 15:13 (UTC +04:00)

Gənclər üçün yeni müsabiqə elan olundu

Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibəti ilə Gənclər və İdman Nazirliyi ilə Heydər Əliyev Mərkəzi “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının icrasına başlayır.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, proqramın əsas məqsədi gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi ilə onlarda liderlik keyfiyyətlərinin inkişafına şərait yaratmaqdır.

 

Proqramda iştirak etmək istəyən gənclər ərizə formasını (əlavə №1) doldurub 20 may tarixədək [email protected]  və [email protected] elektron poçt ünvanlarına göndərməlidirlər. 

 

Ərizə tam şəkildə doldurulduqda baxılması üçün namizədlər siyahısına daxil edilir.

İddiaçıların seçimi qeyd olunan meyarlar üzrə müəyyən ediləcək:

 

 - Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumatlı olmalı;

- yaşı 18-25 arasında olmalı;

- Azərbaycan vətəndaşı olmalı;

- təşkilatçılıq bacarığına malik olmalı;

- geniş dünya görüşünə malik olmalı;

- ünsiyyət və əlaqə qurmaq bacarığına malik olmalı;

- komanda ilə iş bacarığına malik olmalı;

- ictimai fəal olmalı;

- yerli və beynəlxalq gənclər tədbirlərində təmsil olunmalı.

 

Namizədlər siyahısına daxil edilən hər bir gənc müsahibəyə dəvət ediləcək. Müsahibənin nəticəsi olaraq iştirakçıların siyahısı müəyyənləşdiriləcək və bu barədə hər bir iştirakçının elektron poçtuna rəsmi məlumat göndəriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 668

Oxşar yazılar

Bakıda bu yollarda tıxac var - SİYAHI

Bakıda bu yollarda tıxac var - SİYAHI

22 aprel 2025 , 08:19
Karyera, pul  və… 4 BÜRC üçün böyük imkanlar dövrü  başlayır

Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır

22 aprel 2025 , 00:02
SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38
Leysan yağacaq,   sel gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

21 aprel 2025 , 18:13
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

21 aprel 2025 , 17:45
Qadın Roma Papası ola bilərmi:   Vatikan nə deyir?

Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?

21 aprel 2025 , 16:50