<b>Meriya məşhur şadlıq evini cərimələdi</b>
29 aprel 2019 15:29 (UTC +04:00)

Meriya məşhur şadlıq evini cərimələdi

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aprel ayı paytaxtda “Təmizlik ayı” elan olunub, bununla bağlı şəhərin bütün rayon və qəsəbələrinin  sanitar təmizlik vəziyyəti Bakı Şəhər İcra Hakimiyyətinın xüsusi komissiyası tərəfindən yoxlanılır, gündəlik reydlər keçirilir, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. Bu barədə Lent.az-a Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, ötən gün paytaxtın Nizami rayonu ərazisində keçirilən reyd zamanı Babək prospektində yerləşən “Piano palas” şadlıq sarayının yaxınlığında məişət tullantılarının zibil konteynerlərinin ətrafına atılaraq ərazidə natəmizlik və antisanitar vəziyyətin yaradılması aşkar edilib. 

Araşdırma zamanı məişət tullantılarının bura “Piano palas” şadlıq sarayının işçiləri tərəfindən atıldığı müəyyən edilib.

Görülən tədbirlər nəticəsində ərazidə təmizlik yaradılıb, pozuntulara yol verən şadlıq sarayının məsul nümayəndəsi Ruslan Əkbərov cərimələnib, obyektin sahibinə ciddi xəbərdarlıq edilib.

Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, bu gün bəzi insanlar şəhərin təmizliyinə biganəlik göstərirlər: “Şəhərin təmizliyinin qorunması üçün bu reydlər hər gün keçiriləcək və paytaxtımızın sanitar vəziyyətinə xələl gətirənlər, o cümlədən belə işlərə rəvac verən ictimai-iaşə və digər obyektlərin sahibləri və məsul şəxslərinə qarşı ən ciddi cəza tədbirləri görüləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 683

Oxşar yazılar

Bu gün 3 rayonun  işığı kəsiləcək

Bu gün 3 rayonun işığı kəsiləcək

22 aprel 2025 , 09:19
Bakının iki rayonu qazsız qalacaq

Bakının iki rayonu qazsız qalacaq

22 aprel 2025 , 09:11
Üç BÜRC tezliklə  pis xəbər   alacaq 

Üç BÜRC tezliklə pis xəbər alacaq 

22 aprel 2025 , 09:09
Bakıda bu yollarda tıxac var - SİYAHI

Bakıda bu yollarda tıxac var - SİYAHI

22 aprel 2025 , 08:19
Karyera, pul  və… 4 BÜRC üçün böyük imkanlar dövrü  başlayır

Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır

22 aprel 2025 , 00:02
SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38