
Dövlət qulluğunda işləmək istəyənlər sabah imtahan verəcək
Mayın 5-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə test imtahanı keçiriləcək. Bu barədə Lent.az-a DİM-dən bildirilib.
Verilən məlumata görə, imtahan Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında təşkil ediləcək və kompüter vasitəsilə aparılacaq.
Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədəolma müddəti 5 ildir. İnzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikata malik olan şəxs bu sənəddə nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər.
Müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
Oxşar yazılar

Yayın sonunda əsl möcüzə hiss edəcək BÜRCLƏR: Yaxşı xəbər, yeni sevgi və...
22 avqust 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
22 avqust 2025 , 08:30
Vanqanın PROQNOZU: bu BÜRCLƏR tezliklə çox zəngin yaşayacaq
22 avqust 2025 , 00:02
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi aşağı salındı
21 avqust 2025 , 20:43
Bu BÜRCLƏR ciddi sınaqla üzləşəcək və həyatlarını köklü dəyişdirəcəklər
21 avqust 2025 , 19:19Hərbi prokuror şəhid Pəncəli Teymurovun ailəsində olub
21 avqust 2025 , 17:48
Küləkli hava bu tarixədək davam edəcək
21 avqust 2025 , 17:35