Ümrə mövsümü nə zaman başa çatacaq?
17 aprel 2019 12:15 (UTC +04:00)

Ümrə mövsümü nə zaman başa çatacaq?

Ötən ilin oktyabr ayından başlayan Ümrə ziyarəti mövsümü Ramazan ayından sonra başa çatacaq.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Lent.az-a verilən məlumata görə, Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi Ramazandan sonra Ümrə sistemini bağlayır və Həcc sistemini açaraq hazırlıqlara başlayır.

QMİ-dən o da bildirilib ki, hazırda Ümrə ziyarətlərinin təşkili davam edir: “QMİ xətti ilə Ümrə ziyarətinə növbəti zəvvar qrupu aprelin 22-də yola düşəcək. Ziyarətlər Ramazan ayında da davam edəcək. Ramazanda təşkil olunan ziyarətlərin qiyməti indiki ilə müqayisədə nisbətən baha olur”.

QMİ xətti ilə Ümrə ziyarətlərinə gedən zəvvarlar üçün bu il 1250 dollar təyin olunub. Bu qiymətə yüksək səviyyəli xidmət təşkil olunur.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının Həcc və Ümrə ziyarətlərinə təkrar gedən şəxslər üçün  bir neçə il öncə tətbiq etdiyi əlavə rüsumun ödənilməsi qaydası qüvvədədidir. Belə ki, ziyarətə təkrar gedən zəvvarlar tətbiq olunmuş məbləğdən əlavə 2000 rial (535 dollar) əlavə rüsum ödəməli olurlar. Məsələn, ötən il Azərbaycandan  Həcc ziyarətinə gedənlər arasında 50 nəfərə yaxın zəvvar təkrar getdiyi üçün əlavə rüsum ödəməli olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 795

Oxşar yazılar

Bakıda bu yollarda tıxac var - SİYAHI

Bakıda bu yollarda tıxac var - SİYAHI

22 aprel 2025 , 08:19
Karyera, pul  və… 4 BÜRC üçün böyük imkanlar dövrü  başlayır

Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır

22 aprel 2025 , 00:02
SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38
Leysan yağacaq,   sel gələcək - XƏBƏRDARLIQ

Leysan yağacaq, sel gələcək - XƏBƏRDARLIQ

21 aprel 2025 , 18:13
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

21 aprel 2025 , 17:45
Qadın Roma Papası ola bilərmi:   Vatikan nə deyir?

Qadın Roma Papası ola bilərmi: Vatikan nə deyir?

21 aprel 2025 , 16:50