<b>Meriyada müşavirə keçirildi, gərərgah yaradıldı</b>
26 aprel 2019 13:31 (UTC +04:00)

Meriyada müşavirə keçirildi, gərərgah yaradıldı

Bakı Şəhər İcra Hakimiyyətində Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Reklam Agentliyi, Bakı Nəqliyyat Agentliyi rəhbər nümayəndələrinin, Şəhər İcra Hakimiyyətinin strukturuna daxil olan təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilib.

Bu barədə Lent.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Müşavirədə ölkə rəhbərinin siyasəti nəticəsində Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyi qeyd edilib, paytaxtın mərkəzi hissəsində vəziyyətin nümunəvi olduğu vurğulanıb, bəzi ətraf ərazilərdə, xüsusilə əhalinin, ticarət obyektlərinin və nəqliyyat vasitələrinin sıx olduğu ərazilərdə bir sıra problemlərin mövcud olduğu bildirilib. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, prezident İlham Əliyev və  Birinci Vitse-prezident Mehriban Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq paytaxtın sıxlıq müşahidə olunan ətraf ərazilərində yanğın təhlükəsizliyinin təmin olunması, yanğınsöndürmə nəqliyyat vasitələrinin obyektlərə sərbəst yetişməsi, tıxacların aradan qaldırılması və bu ərazilərin memarlıq üslubunun və estetik görünüşünün müasir standartlar səviyyəsinə çatdırılması məqsədilə müvafiq tədbirlər görüləcək.

Bu məqsədlə aidiyyati qurumların nümayəndələrindən ibarət gərərgah yaradılıb. Gərargah üzvləri artıq küçələrin və buradaki obyektlərin inventarlaşmasına başlayıblar.

İlkin olaraq Xətai rayonu, Məhəmməd Hadi küçəsi və Nizami rayonu Qara Qarayev prospektində bu işlərə başlanıb. İnventarlaşmanın nəticəsinə uyğun müvafiq tədbirlər planı hazırlanıb həyata keçiriləcək. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı xüsusi vurğulayıb ki, ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq bu işlərin həyata keçirilməsi zamanı heç bir sahibkar zərər çəkməməli, onların mənafelərinə uyğun əməkdaşlıq olmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 814

Oxşar yazılar

Bu gün 3 rayonun  işığı kəsiləcək

Bu gün 3 rayonun işığı kəsiləcək

22 aprel 2025 , 09:19
Bakının iki rayonu qazsız qalacaq

Bakının iki rayonu qazsız qalacaq

22 aprel 2025 , 09:11
Üç BÜRC tezliklə  pis xəbər   alacaq 

Üç BÜRC tezliklə pis xəbər alacaq 

22 aprel 2025 , 09:09
Bakıda bu yollarda tıxac var - SİYAHI

Bakıda bu yollarda tıxac var - SİYAHI

22 aprel 2025 , 08:19
Karyera, pul  və… 4 BÜRC üçün böyük imkanlar dövrü  başlayır

Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır

22 aprel 2025 , 00:02
SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38