Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Azərbaycan Mühəndislik Akademiyasının (AMA) həqiqi üzvü seçilib. AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, bu barədə qərar AMA-nın Rəyasət Heyətinin iclasında qəbul olunub, AMA-nın prezidenti, akademik Arif Paşayev tərəfindən rəsmi diplom imzalanıb.
Akademik A.Əlizadə bu ada geologiya sahəsində mühüm nəzəri və tətbiqi elmi nəticələri, həmçinin uğurlu elmi-təşkilati fəaliyyətinə görə layiq görülüb.
Qeyd edək ki, 2005-ci ildə fəaliyyətə başlamış AMA hazırda Milli Aviasiya Akademiyasında yerləşir, texniki elmlər sahəsində fəaliyyət göstərir və peşəkar alimləri özündə cəmləşdirir.

AMEA prezidenti Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü oldu
Oxşar yazılar

Həyat heç vaxt əvvəlki kimi olmayacaq: Ulduzlar bu BÜRCLƏRƏ nə vəd edir
15 iyul 2025 , 00:02
İsti insanları öldürür - və bu, son deyil: Məyusedici PROQNOZ
14 iyul 2025 , 19:46
Sabah günorta saatlarında çölə çıxanlara XƏBƏRDARLIQ
14 iyul 2025 , 19:05
Bu həftə şanslı biletini tapacaq BÜRCLƏR
14 iyul 2025 , 18:21
Arıqlamaq istəyirsiniz? - Səhər yeməyini saat 11-dən sonra yeyin
14 iyul 2025 , 17:36
İstilər bu tarixədək davam edəcək
14 iyul 2025 , 16:46
Azərbaycanda yeni milli parklar yaradıldı - SƏRƏNCAM
14 iyul 2025 , 16:33