
81 yaşında ağır əməliyyata girdi: riskli olsa da ...
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında növbəti riskli əməliyyat uğurla icra olunub. 81 yaşlı xəstə qadında zəhərli zob əməliyyatı keçirilib.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının cərrah endokrinoloqu Azər Hümmətovun Lent.az-a verdiyi məlumata görə, yaşlı xanım son bir il ərzində zəhərli zobdan dərman müalicəsi alıb:
"Lakin müalicə effekt verməyib. Xəstədə boğulmalar artıb və tireostatik dərmanların yan təsirləri müşahidə olunub. Digər xəstəxanalarda xanımın yaşına görə əməliyyat riskli sayıldığından, buna razılıq verilməyib. Lakin Tədris Cərrahiyyə Klinikasında xəstənin 81 yaşı olmasına baxmayaraq, planlı olaraq əməliyyata hazırlandı. Avqustun 28-də xəstədə total tiroidektomiya əməliyyatını icra etdik”.
Əməliyyatın uğurla başa çatdığını deyən həkim əməliyyatı icra edən ATU Tədris Cərrahiyyə Klinikasının kollektivinə təşəkkür edib.
Oxşar yazılar

11 iyunda çiyələk tam ayı: Nə təhlükəlidir və nə etməməli?
11 iyun 2025 , 00:02
Milli Qurtuluş Gününə görə 3 gün iş olmayacaq
10 iyun 2025 , 18:50
İyunun ortalarına qədər ciddi problemlərlə üzləşəcək BÜRCLƏR
10 iyun 2025 , 18:29
Mayın 11-də keçirilən imtahanların NƏTİCƏLƏRİ
10 iyun 2025 , 18:10
Mövsümi allergiyanı birdəfəlik unutmaq üçün 7 addım
10 iyun 2025 , 18:01Meteohəssas insanlar üçün sabahın PROQNOZU
10 iyun 2025 , 17:21
"Yoldaşımı xəstəxanaya aparmışdım" - Misir Mərdanov TƏKZİB ETDİ
10 iyun 2025 , 16:26