Məktəbli qız onuncu mərtəbədən yıxılıb öldü
10 iyun 2025 16:53 (UTC +04:00)

Məktəbli qız onuncu mərtəbədən yıxılıb öldü

Çeçenistanın paytaxtı Qroznıda yeniyetmə qız onuncu mərtəbədən yıxılıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə şəhərin Axmatovski rayonunda çoxmərtəbəli binalardan birində baş verib. 13 yaşlı məktəbli qız pəncərəni yumaq üçün pəncərəyə çıxıb. Bir anda qız müvazinətini itirərək onuncu mərtəbənin hündürlüyündən yıxılıb.

Onu xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı ilkin araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1426

Oxşar yazılar