Müdafiə və milli təhlükəsizlik xərcləri 300 milyon manatdan çox  artırılır
16 sentyabr 2025 02:30 (UTC +04:00)

Müdafiə və milli təhlükəsizlik xərcləri 300 milyon manatdan çox artırılır

0

Gələn il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik üzrə xərclərə 8 milyard 714,8 milyon manat ayrılması proqnozlaşdırılır.

Lent.az-ın xəbərinə görə, bu, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”sında əksini tapıb.

Beləliklə, müdafiə və milli təhlükəsizlik üzrə xərclərinin büdcədə xüsusi çəkisi 21 faiz olacaq.

Müdafiə və milli təhlükəsizlik üzrə xərcləri 2025-ci illə müqayisədə 318,5 milyon manat, yaxud 3,8 faiz çox olacaq. (APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 184

Oxşar yazılar