Bakıda ölən tələbə qarpızdan zəhərlənib?  - AQTA-dan AÇIQLAMA - YENİLƏNİB
10 iyun 2025 16:05 (UTC +04:00)

Bakıda ölən tələbə qarpızdan zəhərlənib? - AQTA-dan AÇIQLAMA - YENİLƏNİB

"Bakı şəhəri, Səbail rayonu, M.Hüseynov küçəsi 22 ünvanından ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilmiş Saatlı rayon sakininin qida zəhərlənməsi (qarpız) səbəbindən vəfat etməsi ilə bağlı yayılmış məlumatlar təsdiqini tapmayıb".

Bu barədə Lent.az-a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, məsələ ilə bağlı aidiyyəti üzrə araşdırmalar aparılıb:

"Araşdırmalar nəticəsində qida zəhərlənməsi diaqnozu təsdiqini tapmayıb. AQTA bir daha bildirir ki, zəhərlənmə halları ilə bağlı vətəndaşlar və media qurumları yalnız aidiyyəti dövlət orqanları tərəfindən təsdiqlənmiş rəsmi məlumatlara etibar etməlidirlər".

***
10:40

Bakıda gənc qız qarpızdan zəhərlənib.

Lent.az xəbər verir ki, hadisə Səbail rayonu ərazisində qeydə alınıb.

20 yaşlı Dərya Ağayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Məlumata görə, mərhum universitetlərdən birində təhsil alırmış. Onun qarpızdan zəhərləndiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3584

Oxşar yazılar