Bakıda 20 yaşlı qız qıcolmadan öldü - YENİLƏNİB
10 iyun 2025 16:38 (UTC +04:00)

Bakıda 20 yaşlı qız qıcolmadan öldü - YENİLƏNİB

Bakıda qıcolmadan ölən qızın kimliyi məlum olub.

Bu barədə Lent.az-a TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, iyunun 7-də 20 yaşlı qız qıcolma vəziyyətində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib.

Bildirilib ki, dərhal xəstəyə zəruri tibbi xidmətlər göstərilib, həkimlərin səylərinə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, mediada yayılan bəzi məlumatlarda 20 yaşlı Dərya Namiz qızı Ağayevanın ölüm səbəbi kimi qarpızdan zəhərlənmə faktı göstərilib.

***
7 iyun, saat: 14:49

Bakıda 20 yaşlı qız qıcolmadan ölüb.

Lent.az xəbər verir ki, hadisə Səbail rayonu ərazisində, Su İdman sarayının yaxınlığında qeydə alınıb.

TƏBİB-dən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 7-də  20 yaşlı qız qıcolma vəziyyətində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib. 

Dərhal xəstəyə zəruri tibbi xidmətlər göstərilib, həkimlərin səylərinə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3114

Oxşar yazılar