“Məclis.info”nun rəhbərinə ittiham aktı  elan edildi
10 iyun 2025 14:20 (UTC +04:00)

“Məclis.info”nun rəhbərinə ittiham aktı elan edildi

“Məclis.info” saytının rəhbəri İmran Əliyev, ictimai fəal Elgiz Qəhrəman və Tamella Musayevanın cinayət iş üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Cövdət Mehralıyev ittiham aktını elan edib.

Məlum olub ki, "Məclis.info" saytı və eyni adlı sosial şəbəkə hesabları qanuna uyğun olaraq dövlət qeydiyyatına alınmayıb. Hər üç şəxs adıçəkilən saytdan istifadə edərək xarici donor təşkilatlarından qrant alaraq gömrükdə bəyan etməyib, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirməkdə təqsirləndirilirlər.

İttihama görə, onlar bu əməli törədərkən saxta sənədlər də hazırlayıblar. Əlavə olaraq onlar bu əməlləri "Abzas Media" işində təqsirləndirilən şəxslərlə birgə törətməkdə də ittiham olunurlar.

Prosesdə zərərçəkən qismində Gəncə Regional Vergi İdarəsi tanınıb.

İmran Əliyev, Elgiz Qəhrəmanlı və Tamella Musayeva özlərini təqsirli bilməyib.

Növbəti proses iyunun 17-nə təyin edilib.

Xatırladaq ki, təqsirləndirilən İmran Əliyev ötən il aprelin 19-da həbs edilib. Elgiz Qəhrəman və Tamella Musayeva isə sonradan iş üzrə təqsirləndirilən şəxs kimi tanınıb və barəsində polis nəzarəti altında olma qətimkan tədbiri seçilib.
Qeyd edək ki, hər iki şəxsə Cinayət Məcəlləsinin 8 maddəsi ilə 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 213.2.1 (vergiləri ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə),320.1 (sənəd saxtalaşdırma), 320.2 (saxta sənədlərdən istifadə etmə) ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 772

Oxşar yazılar