Ranyeri İtaliya millisinin baş məşqçisi olmaqdan  imtina etdi
10 iyun 2025 18:15 (UTC +04:00)

Ranyeri İtaliya millisinin baş məşqçisi olmaqdan imtina etdi

Klaudio Ranyeri İtaliya millisinin yeni baş məşqçisi olmaq təklifini rədd edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, mütəxəssisin sözlərinə görə, o, "Roma"nın rəhbərliyində çalışacaq.

"Belə bir təklif almaq böyük şərəfdir, lakin mən "Roma"da menecer rolunda işləməyə davam etmək qərarına gəldim", - Ranyeri vurrğulayıb.

Ranyeri 2024/25 mövsümündən sonra məşqçilik karyerasını başa vuraraq, "Roma"nın baş məşqçi postunu tərk edib. Qasperini yeni mövsümdən “Roma”nı çalışdıracaq.

Luçano Spalletti İtaliya millisinin baş məşqçisidir, lakin o, iyundakı təlim-məşq toplanışından sonra komandanı tərk edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 800

Oxşar yazılar