Aslan tualetə gedən iş adamını parçaladı
10 iyun 2025 13:09 (UTC +04:00)

Aslan tualetə gedən iş adamını parçaladı

Namibiyada aslan iş adamı Bernd Kebbeli parçalayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, 59 yaşlı iş adamı, həyat yoldaşı və dostları birlikdə vəhşi təbiəti seyr etmək istəyiblər və Hoanib çayının sahilində düşərgə qurublar. Faciəli hadisə mayın 30-da səhər saatlarında Kebbel tualetə getmək üçün çadırdan çıxarkən baş verib. Bu zaman aslan ona hücum edib.

Hadisə yerində olan iş adamının dostları və həyat yoldaşı ona kömək etməyə cəhd ediblər. Lakin yırtıcını qovmağa müvəffəq olanda Kebbel artıq ölmüşdü. Daha sonra dişi aslan yaxalanıb. Məlum olub ki, o, dəfələrlə turistlərə qarşı aqressivlik nümayiş etdirib, ona görə də onun evtanaziyasına (iynə ilə ölürülməsinə) qərar verilib.

Kebbel səhra aslanı tədqiqat cəmiyyətində yaxşı tanınırdı və səhra səyahətləri üçün yolsuzluq avtomobillərinin tədarükü üzrə ixtisaslaşmış bir şirkətə sahib idi.

Səhra aslanları Namibiyanın quraq səhralarında çətin həyat şəraitinə uyğunlaşan unikal populyasiyadır. 2023-cü ildə edilən hesablamalara görə, burada 60-a yaxın aslan və 10-dan çox aslan balası yaşayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1180

Oxşar yazılar

Marketdə insanlara hücum edən şəxs 11 nəfəri yaraladı

Marketdə insanlara hücum edən şəxs 11 nəfəri yaraladı

27 iyul 2025 , 04:04
"Akkuyu" AES təhlükə altında - Yanğınlarla əhatə olundu

"Akkuyu" AES təhlükə altında - Yanğınlarla əhatə olundu

26 iyul 2025 , 22:50
Qatarda doğduğu uşağı tualetə atdı,  həbs olunmadı

Qatarda doğduğu uşağı tualetə atdı, həbs olunmadı

26 iyul 2025 , 19:22
Dünyada ilk kabab institutu  fəaliyyətə başlayır

Dünyada ilk kabab institutu fəaliyyətə başlayır

26 iyul 2025 , 19:17
Bu müsəlman ölkəsi niqabı qadağan etdi

Bu müsəlman ölkəsi niqabı qadağan etdi

26 iyul 2025 , 16:43
Avtobus aşdı, 15 nəfər  öldü

Avtobus aşdı, 15 nəfər öldü

26 iyul 2025 , 09:24
Taylandın hücumu nəticəsində Kambocada 13 nəfər öldü

Taylandın hücumu nəticəsində Kambocada 13 nəfər öldü

26 iyul 2025 , 06:52
Hər il 20 min insana   çip taxılacaq

Hər il 20 min insana çip taxılacaq

26 iyul 2025 , 05:51