Bakıda maşınla motosiklet toqquşdu:  kuryer ağır xəsarət aldı
11 iyun 2025 01:10 (UTC +04:00)

Bakıda maşınla motosiklet toqquşdu: kuryer ağır xəsarət aldı

Bakının Azadlıq prospektində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, "Canqan A05" markalı minik avtomobili motosikletlə hərəkətdə olan kuryeri vurub. Hadisə nəticəsində motosikletin sürücüsü ağır bədən xəsarətləri alıb.

Əraziyə dərhal polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 874

Oxşar yazılar