1994-cü ildə 80-dən çox “qanuni oğru” ölüb.
Lent.az xarici mediaya istinadla bildirir ki, onların təxminən yarısı zorakılıq nəticəsində dünyasını dəyişib.
Şəkildə: “oğru”lar Paata Çlaidze və Tayor Avdalyan “oğru” Gela Qordeladzenin dəfn mərasimində; Tbilisi, 12 iyun 1994-cü il.
Dəfn mərasimindən iki həftə sonra, 1994-cü il iyunun 26-da Paata Tiflisdəki Quru Körpüdə Mxedrionçular tərəfindən güllələnib. Üç həftə sonra, iyulun 14-də Qoqa Yerevanskinin dəfnindən qayıdan Tayoru naməlum şəxslər Moskvadakı Beqa otelinin girişində güllələyiblər. Qoqa Yerevanski isə iyulun 13-də Qaribaldi küçəsində sui-qəsd nəticəsində aldığı yaralardan Botkin xəstəxanasında dünyasını dəyişmişdi.