70 ilin cütlüyü indi evləndi  - 90 yaşları var
10 iyun 2025 14:47 (UTC +04:00)

70 ilin cütlüyü indi evləndi - 90 yaşları var

Hindistanda bir cütlük 70 il bir yerdə yaşadıqdan sonra evlənib. 

Lent.az xarici mediaya istinadla bildirir ki, Racastan əyalətinin Dunqarpur bölgəsindəki Qalandar kəndində 95 yaşlı Rama Bhai Xarari və onun arvadı 90 yaşlı Jivali Devi təxminən 70 il birlikdə olduqdan sonra nikahlarını rəsmi olaraq qeyd ediblər. Cütlük səkkiz uşaq böyüdüb və bir neçə nəvə nəvəsi var.

Bütün bu müddət ərzində onlar Nata qəbiləsinin ənənəsinə uyğun olaraq yaşayıblar. Qəbiləyə görə kişi və qadın münasibətlərin rəsmi qeydiyyatı olmadan ailə bağları ilə bağlana bilər. Belə cütlüklər yerli mədəniyyət çərçivəsində tam hüquqludur və onlarda doğulan uşaqlar qanuni sayılaraq, vərəsəlik hüququna malikdirlər.

Ancaq son illərdə ailə üzvləri Jivali Devinin rəsmi nikahı olmadığı üçün müəyyən sosial məhdudiyyətlərlə üzləşdiyini müşahidə ediblər. Məsələn, o, gəlinin və ya arvadın “əsl” anası hesab olunmadığı üçün öz övladlarının toylarında bəyi qarşılamaq kimi mərasimlərdə iştirak etməyə icazə verilmirdi.

Cütlüyün oğlu deyib ki, valideynləri evlənməkdə maraqlı olduqlarını bildiriblər və bütün ailə bu qərarı dəstəkləyib. 

Kənd ağsaqqalları da bu fikri bəyəniblər və toy mərasimi iyunun əvvəlində baş tutub. Bütün kənd toyda bir araya toplanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 856

Oxşar yazılar