Terrorçuluqla bağlı yalan məlumat verənə HÖKM OXUNDU
10 iyun 2025 13:11 (UTC +04:00)

Terrorçuluqla bağlı yalan məlumat verənə HÖKM OXUNDU

Terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Cəmaləddin Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən şəxsin 6 il 6 ay azadlıqdan məıhrum edilməsini istəyib.

Məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra hökm oxuyub.

Hökmə əsasən, təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Cəmaləddin Cəfərov Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunur. İttihama görə, C.Cəfərov "102" qaynar xəttinə zəng edərək hotelə partlayıcı maddə qoyulması barədə yalan məlumat verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 718

Oxşar yazılar