Təhsil nazirinin müavini Firudin Qurbanov
16 sentyabr 2021 11:25 (UTC +04:00)

Təhsil nazirinin müavini Firudin Qurbanov

Xaricdə 3 gün olub, diplomunun tanıdılmasını istəyir - NAZİR MÜAVİNİ

“Ölkədən kənarda təhsil alan şəxslərin diplomlarının nostrifikasiya prosesində bir neçə kriteriya var”.

Lent.az məlumat verir ki, bu sözləri “Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə çıxışı zamanı təhsil nazirinin müavini Firudin Qurbanov deyib. O bildirib ki, birinci növbədə xaricdə təhsil almış şəxsin sərhədi nə qədər keçdiyi yoxlanılır:

“Bəzən sorğuya cavab gəlir ki, həmin şəxs cəmi 3 gün həmin ölkədə olub. Bu halda necə təhsil almaq olar?

Həmçinin hansı dildə təhsil alması, ixtisası üzrə suallar veriləndə, dili bilmədiyi üzə çıxır. Ona görə də həmin şəxsin diplomu tanınmır”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2712
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar