“Virtual məktəb”in 1 illik yolu  – fasiləsiz və innovativ təhsil
02 aprel 2021 13:40 (UTC +04:00)

“Virtual məktəb”in 1 illik yolu – fasiləsiz və innovativ təhsil

Ötən il bütün dünyada COVID-19 pandemiyası səbəbindən təhsil müəssisələrinin fəaliyyətində fasilələr yaranarkən, ölkəmizdə təhsilin davamlılığını təmin etmək məqsədi ilə Təhsil Nazirliyi tərəfindən təxirəsalınmadan yeni təşəbbüslərin reallaşdırılmasına başlanıb. Belə ki, atılan çevik addımlardan biri 2 aprel 2020-ci il tarixində hazırda ölkədə ən iri milli onlayn platforma olan “Virtual məktəb”in fəaliyyətə başlaması olub.

Azərbaycan Respublikası Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, ümumi təhsil, peşə təhsili, orta-ixtisas və ali təhsil pillələri üzrə təqdim olunan “Virtual məktəb” platforması 1 il ərzində ölkədə innovativ öyrənmə metodlarının və yeni yanaşmaların təhsilə sürətli inteqrasiyasına yol açıb və yeni imkanları yaradıb.

“Microsoft” korporasiyası ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Virtual məktəb”də hazırda 1,4 milyondan çox şagird qeydiyyatdan keçib. 2020-ci ildə virtual.edu.az saytı “Amazon Alexa” reytinqinə əsasən, Azərbaycanda ən çox müraciət olunan top 3 sayt siyahısına daxil olub. 2021-ci ilin yanvar ayında həftəlik dərslərin sayı 6 milyondan artıq olub, aktiv istifadəçilərin sayı 1,2 milyonu keçib.

Milli təhsil məzmunu əsasında və Azərbaycan dilinə tərcümə edilmiş interfeys vasitəsi ilə təşkil edilən məsafədən təlim-tədris prosesində hazırda video və audiodərslər, qrup işləri, məlumat paylaşımı, ev tapşırıqları, qiymətləndirmə, tədris cədvəlləri, bilik yarışmaları, pedaqoji şuralar, monitorinq, nəzarət mexanizmləri kimi geniş imkanlardan istifadə olunur. “Virtual məktəb”də keçirilən dərsləri daha maraqlı və öyrədici formada təşkil etmək məqsədi ilə müxtəlif interaktiv alətlər, tədris məzmunlu resurslar platformaya inteqrasiya olunub. Bununla bağlı, “Virtual məktəb” saytında innovativ müəllimlər üçün öz təhsil məzmunlu bloqlarını təqdim etmək imkanı da yaradılıb. Həmçinin, “Virtual məktəb”də təhsil sistemində məlumat paylaşımına imkan verən vahid mühitin təmin olunması ilə yanaşı, platforma geniş məzmun bazası kimi də fəaliyyət göstərir. Belə ki, bu gün "Microsoft Stream" vasitəsilə yazılan və yüklənən mühazirələr gələcək illər ərzində də əlçatan olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1668
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar