Suda boğulmalar daha çox bu çimərliklərdə olur -  RƏSMİ
16 iyun 2021 15:23 (UTC +04:00)

Suda boğulmalar daha çox bu çimərliklərdə olur - RƏSMİ

“Qanuni təşkil olunmuş çimərlik ərazisinda FHN-nin xilasediciləri, tibb işçiləri və digər əməkdaşlar olur”.

Lent.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov " Çimərliklər" mövzusunda çıxışında deyib.

Onun sözlərinə görə, FHN-in tabeliyində göstərən xilasedici məntəqələrin sayı 24-ə qədərdir: “Bunlar qanuni çimərliklərdə təşkil olunub. Boğulmalar qeyri-qanuni fəaliyyət göstərən ərazilərdə olur. Buralarda xilasedici məntəqələr və tibb işçiləri olmur. Vətəndaşların səmərəli istirahət etməsi üçün şərait yaradılan yerlərə getmələri məqsədəuyğun sayılır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2175
avatar

Oxşar yazılar