Şəxsi maşında maska taxılmalıdır? - DİN-dən AÇIQLAMA
16 dekabr 2020 13:19 (UTC +04:00)

Şəxsi maşında maska taxılmalıdır? - DİN-dən AÇIQLAMA

"Sürücü avtomobildə təkdirsə və ya ailə üzvləri ilə hərəkət edirsə, maska taxmaya bilər".

Lent.az xəbər verir ki, bunu sosial şəbəkədə vətəndaşları maraqlandıran suallara cavab verərkən Daxili İşlər Nazirliyinin əməkdaşı deyib. Bildirilib ki, ancaq avtomobildə ailədən kənar şəxslər varsa, mütləq maska taxılmalıdır. Bundan əlavə, avtomobildəki şəxslərin eyni ailə üzvləri olması da şəxsiyyət vəsiqəsindəki qeydiyyat ünvanı ilə yoxlanılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7848
avatar

Mehman Nəbiyev

Oxşar yazılar