Sabah 38 dərəcə isti olacaq  - HAVA PROQNOZU
07 iyul 2022 12:27 (UTC +04:00)

Sabah 38 dərəcə isti olacaq - HAVA PROQNOZU

İyulun 8-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 31-36° isti olacaq. Bakıda gecə 22-24° isti, gündüz 33-35° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 % olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

İyulun 8-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

# 1803
avatar

Oxşar yazılar