Rusiyanın ən böyük aviaşirkətlərindən biri olan “Ural Hava Yolları” Azərbaycana uçuşları aprelin 30-na kimi təxirə salıb.
Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, əslində uçuşlar martın sonuna qədər bərpa olunmalı idi. Amma bu qərar xüsusi risklə əlaqələndirilir.
Bildirilir ki, təyyarələrin çoxu liznqdədir. Onların əksəriyyəti İrlandiyada və Baham adalarında qeydiyyatdadır. Azərbaycana gələcəyi təqdirdə bu təyyarələri həbs təhlükəsi gözləyir.