Roza Zərgərlinin oğluna niyə ev verilib? - RƏSMİ CAVAB
06 iyul 2022 14:20 (UTC +04:00)

Roza Zərgərlinin oğluna niyə ev verilib? - RƏSMİ CAVAB

"Sosial şəbəkələrdə müğənni Roza Zərgərlinin övladlığa götürdüyü deyilən Corc Qafarova niyə mənzil verilməsi barədə məlumat paylaşılır. Qeyd edim ki, Nazirlik həssas qruplardan olan vətəndaşlar sırasında həm də internat məzunlarını mənzillə təmin edir".

Lent.az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətinin rəhbəri Murad Həşimov məlumat yayıb. 

O qeyd edib ki, indiyə qədər də yüzlərlə internat məzunu evlə təmin edilib, proses də davam edir:

"Rəsmi olaraq da, sözügedən vətəndaşımızın övladlığa götürülməsi ilə bağlı heç bir sənədləşmə aparılmayıb. Aidiyyəti dövlət qurumundan da göndərilən məlumata (yəni, müəssisədə olduğu müddətdə qohumları ilə heç bir əlaqəsi olmadığı barədə arayışa) əsasən də, Corc Qafarovun müraciəti müsbət cavablandırılıb, mənzillə təmin edilib. Yəni, Corc Qafarova mənzil ona görə verilməyib ki, deyilən məlumata görə o müğənninin himayəsində yaşayır. Ona görə ev verilib ki, onun hüququ yaranıb və dövlətimiz də bunu təmin edib".

# 3813
avatar

Oxşar yazılar