Riyaziyyat müəllimləri lotereyada  1 milyon dollar   qazandılar - Bunu necə bacardılar?
03 mart 2024 11:58 (UTC +04:00)

Riyaziyyat müəllimləri lotereyada 1 milyon dollar qazandılar - Bunu necə bacardılar?

Florens şəhərindəki (Kentukki, ABŞ) məktəblərin birində bir qrup müəllim Powerball lotereyasında cek-potu vuraraq milyon dollar qazanıb. 

Lent.az xarici KİV-ə istinadən bildirir ki, mükafatı alana qədər şanslı bilet riyaziyyat dərsliyində, onların fikrincə, heç kimin yoxlamağa cəsarət edə bilməyəcəyi bir yerdə gizlənibmiş.

Məktəbin rəhbərini adını daşıyan 10 aktiv və 13 keçmiş işçidən ibarət "Cons 17" qrupuna birləşərək, qalib gəlmə ehtimallarını artırmağa çalışıblar. Bu müəllimlər qrupu həmişə bilet alıb onları eyni nömrələrlə dolduran keçmiş müəllimlərdən birinin təşəbbüsü sayəsində müntəzəm olaraq lotereyalarda iştirak edib. Nəhayət nömrələrin düzgün birləşməsini tapdıqlarından əzmkarlıqları mükafatlandırılıb.

Qrupun üzvü Mişel Kreyvens uzun müddət lotereya oynadıqlarını, ümumi "qazana"pul qoyduqlarını paylaşıb. Artıq qazancın bir hissəsini ev heyvanı üçün əməliyyata xərcləyib və borclarını ödəməyi planlaşdırır.

Bir milyon dollar bütün iştirakçılara bərabər şəkildə bölünüb ki, 30 nəfərin hər biri təxminən 33 min dollar, vergilərdən sonra isə təxminən 24 min dollar alıb. Powerball lotereyasının rəhbəri Meri Harvill, fotosessiya və çek təqdimatı üçün qaliblərlə görüşüb, uğurlarına görə sevincini ifadə edib və lotereya sayəsində dostluqlarında yeni bir səhifə qeyd edib.

“Cons 30” müəllimlərindən bəziləri uduşlarını investisiya etməyi, ömürlük səyahət xəyallarını həyata keçirməyi və evlərini təmir etməyi planlaşdırırlar.
 

# 15294
avatar

Oxşar yazılar