Onlayn oyun oynayanların 30 min manatını ələ keçirdi - VİDEO
27 aprel 2024 13:01 (UTC +04:00)

Onlayn oyun oynayanların 30 min manatını ələ keçirdi - VİDEO

Sosial şəbəkələrdə “feyk” hesablar açaraq onlayn oyunlara qoşulan istifadəçilərin kart hesablarının talanması barədə polisə çoxsaylı müraciətlər daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, polis əməkdaşlarının paytaxt ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 21 yaşlı Zaur Teymurxanov müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla həmin şəxsin sosial şəbəkələrdəki qanunsuz fəaliyyəti nəticəsində 19 nəfərin kartını taladığı məlum olub. Z.Teymurxanov bu yolla 30 min manata yaxın maddi vəsaiti dələduzluq yolu ilə ələ keçirərərk öz kart hesabına köçürüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Z.Teymurxanovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər.

Bir daha vətəndaşlarımızı sosial şəbəkələrdə ayıq-sayıq və diqqətli olmağa çağırır, tanımadıqları şəxslərə, etibar etmədikləri səhifələrə onlayn qaydada ödəniş etməməyi tövsiyə edirik. Kibercinayətkarlıqla üzləşən şəxslər bu barədə polis orqanlarına məlumat verə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3738
avatar

Oxşar yazılar