Hər 44 dəqiqədən bir Yerə siqnal çatır: NASA bilir
18 avqust 2025 13:53 (UTC +04:00)

Hər 44 dəqiqədən bir Yerə siqnal çatır: NASA bilir

İki il ərzində alimlər Yer kürəsindən 15 000 işıq ili uzaqlıqdan hər 44 dəqiqədən bir gələn qeyri-adi kosmik siqnalı müşahidə ediblər. İndi isə NASA və Avstraliyanın Kertin Universitetinin astronomları ilk dəfə olaraq bu siqnalın mənbəyini müəyyən edə biliblər.

Lent.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Onun xüsusiyyəti ondan ibarətdir ki, o, eyni zamanda həm radiodalğalar, həm də rentgen şüaları yayır. Belə davranış kosmosda indiyədək müşahidə olunmayıb. Üstəlik, hər impuls iki dəqiqə davam edir, sonra isə növbəti partlayışa qədər fasilə yaranır.

Tədqiqatçılar hesab edirlər ki, bu, yeni tip maqnetar çox güclü maqnit sahəsinə malik ölmüş ulduzun fövqəlyoğun qalığı ola bilər. Digər ehtimal isə ikiqat ulduz sistemində qarşılıqlı təsirdir. Lakin heç bir nəzəriyyə siqnalın sabitliyini və xarakterini tam izah etmir.

Nadir tipli obyektlərə, uzunperiodlu keçid hadisələrinə (LTP) aiddir, dünyada cəmi on belə obyekt aşkarlanıb. Amma məhz bu obyekt ilk dəfə olaraq iki diapazonda şüalanma yayır və bütün əvvəlki modelləri pozur.

Astronomlar müşahidələri teleskop cütlükləri vasitəsilə davam etdirməyi və bəlkə də Ceyms Uebb teleskopunu cəlb etməyi planlaşdırırlar ki, bu kosmik sirrin mahiyyətini açıqlaya bilsinlər

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 334

Oxşar yazılar