İldırım təbiətin həm möhtəşəm, həm də qorxulu hadisələrindən biridir. Onun dağıdıcı gücü barədə saysız-hesabsız hekayələr mövcuddur. Mütəxəssislər xəbərdarlıq edir ki, ildırım zamanı ağacın altında durmaq təhlükəlidir, çünki elektrik birbaşa ağaca düşərək insanın xəsarət almasına səbəb ola bilər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Münhen Texniki Universitetinin alimləri ilk dəfə olaraq ildırımın birbaşa vurduğu ağacları araşdırıb.
Tədqiqatda ildırım səbəbilə yanğın nəticəsində məhv olmuş ağaclar nəzərə alınmayıb. 2004–2023-cü illər arasında aparılan müşahidələr göstərib ki, hər il dünyada təxminən 286–328 milyon ildırım zərbəsi qeydə alınır. Bu zərbələr nəticəsində 301–340 milyon ağac məhv olur. Onların 24–36 milyonu diametri 60 sm-dən böyük ağaclardır.
Orta hesabla ildırımlar ildə 320 milyon ağacı məhv edir. Alimlərin sözlərinə görə, bu rəqəmin yüksək olmasının səbəblərindən biri ildırımın “yoluxucu” xüsusiyyətidir. Bir zərbə elektrik enerjisini 45 metr məsafədəki qonşu ağaclara ötürə bilər. Nəticədə bir ildırım zərbəsi orta hesabla 3,5 ağacı öldürür.
Hansı ağaclar ildırımı daha çox cəlb edir?
Mütəxəssislərin bildirdiyinə görə, ildırım ən çox hündür və tək dayanan ağaca düşür. Bizim iqlim şəraitimizdə ən çox risk altında olan ağac palıddır. Bundan əlavə, şam, qovaq və şam ağacı (yel) da “göy elektrik” üçün cəlbedicidir. Əksinə, ağcaqayın, qoz və ağcaqovaq ağacları ildırımı az cəlb edir, lakin təhlükə zamanı onların altında durmaq yenə də məsləhət görülmür.
Mütəxəssislər ildırım zamanı açıq sahədə qalmaqdan çəkinməyi, yüksək obyektlərdən uzaq durmağı və təhlükəsiz sığınacaq tapmağı tövsiyə edirlər.