Müğənni Dəniz Əsədovanın cəzası artırıldı
18 avqust 2025 14:58 (UTC +04:00)

Müğənni Dəniz Əsədovanın cəzası artırıldı

Həbsdə olan müğənni Dəniz Əsədovanın cəzası artırılıb.

Lent.az vəkil İntiqam Hacıyevə istinadən xəbər verir ki, bununla bağlı Binəqədi Rayon Məhkəməsi tərəfindən qərar çıxarılıb.

Dəniz Əsədova daha bir nəfəri təhqir etməkdə və böhtan atmaqda təqsirli bilinib.

Onun barəsində digər hökm də bu cəzasına birləşdirilib.

Ümumilikdə, Dəniz Əsədova əvvəlki hökmlərlə bu hökm birləşdirilməklə səkkiz ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, müğənni vəkil Asim Abbasovu təhqir etməsi və böhtan atması səbəbindən yeddi ay azadlıqdan məhrum edilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 437

Oxşar yazılar