Bakı polisi bu kişini  axtarır
18 avqust 2025 16:16 (UTC +04:00)

Bakı polisi bu kişini axtarır

Nəsimi rayonu sakini 51 yaşlı İlham Səfərov yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.  
 
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, İ.Səfərovun əlamətləri: boyu 161 sm, arıq bədən quruluşludur.

Evdən çıxan zaman əynində idman üslublu, tünd boz rəngli şalvar və açıq boz rəngli idman köynəyi olub. Onun ruhi-əsəb xəstəliklərindən əziyyət çəkdiyi bildirilir.
 
Şəkildəki şəxsi görənlərdən və haqqında məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzi və sosial şəbəkələrdəki rəsmi səhifələrinə, həmçinin Nəsimi Rayon Polis İdarəsinin (012) 441-23-80, (012) 440-02-02 şəhər nömrələri və (050) 339-03-33 mobil nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1802

Oxşar yazılar