Hərbçilər öz kəndlərinin 220 sakinini  edam etdi - 56-sı uşaqdır
27 aprel 2024 10:12 (UTC +04:00)

Hərbçilər öz kəndlərinin 220 sakinini edam etdi - 56-sı uşaqdır

Fevral ayında Burkina Faso hərbçiləri cihadçı yaraqlılarla əməkdaşlıqda ittiham olunan azı 56 uşaq olmaqla 223 kənd sakinini edam edib. Bu barədə “Human Rights Watch” (HRW) təşkilatı məlumat yayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, fevralın sonunda Burkina Fasonun şimalındakı Yatenqa əyalətinin üç kəndinə edilən hücumlarda 170-ə yaxın adam edam edilib. Bu barədə xəbərlər yayıldıqdan sonra təşkilat öz araşdırmasını həyata keçirib.

Regional prokuror ilk dəfə martın 1-də verdiyi açıqlamada qətllər barədə məlumat verib.

Burkina Faso hökumətinin sözçüsü HRW-nin hesabatını şərh etmək istəyən CNN-in telefon zənglərinə cavab verməyib.

Prokuror açıqlamasında Komsilqa, Nodin və Soro kəndlərinə edilən hücumların naməlum hücumçuların üzərinə qoyulduğunu və istintaq başladıldığını bildirib.

HRW bildirib ki, ölkədə əvvəlki məhkəməsiz qətl hadisələri kimi, heç bir rəsmi nəticə dərc olunmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3333
avatar

Oxşar yazılar