Əsgər PUA-nı kartof kisəsi  ilə məhv etdi
27 aprel 2024 14:21 (UTC +04:00)

Əsgər PUA-nı kartof kisəsi ilə məhv etdi

Rusiyalı hərbçi Ukrayna Silahlı Qüvvələrinin kamikadze pilotsuz təyyarəsini kartof kisəsi ilə vurub.

Lent.az yerli mediaya istinadla bildirir ki, PUA yaxınlaşanda əsgər ona çanta atıb, bundan sonra pilotsuz təyyarə partlayıb. PUA-nın partlaması nəticəsində hərbçinin geyim forması alovlansa da, onu tez bir zamanda söndürə bilib.

Məlumata görə, bu yolla pilotsuz təyyarəni məhv edən Özbəkistan vətəndaşıdır.

# 2118
avatar

Oxşar yazılar