Bakıda maşının şüşəsini qırıb qarət etdilər - VİDEO
27 aprel 2024 13:43 (UTC +04:00)

Bakıda maşının şüşəsini qırıb qarət etdilər - VİDEO

Paytaxtın Yasamal rayonunda vətəndaşlardan birinə məxsus avtomobilin şüşəsini qıraraq içərisindən mobil telefon oğurlandığı barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törədən əvvəllər məhkum olunmuş 26 yaşlı Vüsal Mirzəyev saxlanılıb. Saxlanılanın törətdiyi əməl təhlükəsizlik kameraları vasitəsilə qeydə alınıb.

O, dindirmə zamanı oğurladığı mobil telefonu satdığını bildirib.

Şöbə əməkdaşlarının keçirdikləri digər tədbir zamanı rayon ərazisində yerləşən binalardan birinin dəhlizindən velosiped oğurlayan 49 yaşlı Pərviz Hacıyev saxlanılıb.

V.Mirzəyev və P.Hacıyevin analoji əməllərdə iştirakının olub-olmaması araşdırılır. Onların qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3150
avatar

Oxşar yazılar