Yataraq arıqlaya bilərsiniz! - NECƏ?
27 aprel 2024 15:45 (UTC +04:00)

Yataraq arıqlaya bilərsiniz! - NECƏ?

Belimizi incəltmək üçün idman zalına deyil, yuxuya ehtiyacımızın olması biraz absurd səslənir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, absurd səslənsə də, amma yaxşı yatmaq arıqlamaq üçün vacib olan vərdişdir.

Xüsusilə də, gün ərzində aktiv həyat keçirirsinizsə, yuxu ilə bağlı bir neçə yalnış davranışdan qaçaraq arıqlama prosesini sürətləndirə bilərsiniz. Araşdırmalar göstərir ki, az yatan insanlar daha çox kalorili qidalar qəbul edirlər. Amma bunun səbəbi uzun müddət oyaq olmaqları deyil, yuxunun aclığı nəzarətdə saxlayan hormonlar əmələ gətirməsidir. Əgər yatmaq üçün həftə sonunu gözləyib həftə içi az yatırsınızsa, daha çox aclıq hiss etməyiniz normaldır.

Həmçinin yatmazdan 20-30 dəqiqə əvvəl elektronik cihazları və işığı söndürməyiniz, spirtli içki qəbul etməməyiniz də məsləhət görülür. Yatmazdan öncə idmanla məşğul olmaq isə doğru seçim deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3687
avatar

Fidan İlqar

Oxşar yazılar