Kababı nə qədər yemək olar?
27 aprel 2024 07:38 (UTC +04:00)

Kababı nə qədər yemək olar?

Moskva Səhiyyə İdarəsinin ilkin tibbi yardım üzrə baş müstəqil mütəxəssisi Andrey Tyazhelnikov şiş kababın icazə verilən porsiyasını açıqlayıb.

Lent.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Həkim vurğulayıb ki, kababın adambaşına payı 150 qramdan çox olmamalıdır.

Onun sözlərinə görə, ət nə qədər yağlı olsa, bir o qədər az yemək lazımdır.

“Bəziləri çörəksiz yeyə bilmir amma yaxşı olar ki, birinci sort buğda unundan deyil, dənli bitkilər və kəpəkli çörəklə yeyilsin”.

Mütəxəssis kababı təzə tərəvəzlərlə, o cümlədən xiyar, pomidor, turp və şirin bibərlə yeməyi məsləhət görüb. O, həmçinin kababı souslarla yeyənlərə diqqətli olmağı tövsiyə edib. Çünki tərkibində çoxlu duz və şəkər ola bilər.

 

# 3504
avatar

Oxşar yazılar