Bakı Marafonuna 15 mindən çox iştirakçı qoşuldu
26 aprel 2024 21:40 (UTC +04:00)

Bakı Marafonuna 15 mindən çox iştirakçı qoşuldu

Mayın 5-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək “Bakı Marafonu 2024”də qeydiyyat başa çatıb.

Heydər Əliyev Fondundan Lent.az-a verilən xəbərə görə, 7-ci dəfədir ki, təşkil ediləcək Bakı Marafonuna 15 mindən çox iştirakçı qeydiyyatdan keçib.

Marafonda 200-dən çox fəxri qonağın, 6 mindən çox tələbənin iştirakı gözlənilir.

Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə yaşayıb-çalışan əcnəbilər, həmçinin digər ölkələrdən də qoşulanlar var. Belə ki, qeydiyyatdan keçənlərin siyahısında Almaniya, Çin, Fransa, Gürcüstan, Hindistan, İraq, İran, İtaliya, Kanada, Qazaxıstan, Pakistan, Rusiya, Suriya, Türkiyə, Ukrayna və digər ölkələrin vətəndaşları yer alıb.

Marafonun marşrutu: Dövlət Bayrağı Meydanı - Dənizkənarı bulvar - Bakı Beynəlxalq Dəniz Vağzalı - Neftçilər prospekti - Bakı Ağ Şəhər bulvarı - Xəqani Rüstəmov küçəsi - Bakı Ağ Şəhər bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsinin bir hissəsi - Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi, “Cavanşir” körpüsündən keçməklə Üzeyir Hacıbəyli küçəsi - Neftçilər prospekti, Bayıl dairəsi, Bibiheybət yolu (Su İdmanı Sarayı) və Dənizkənarı bulvar boyunca hərəkət edərək (Su İdmanı Sarayının arxası, Bakı Kristal Zalı) - Dövlət Bayrağı Meydanı.

 

 

 

# 1821
avatar

Oxşar yazılar

45 yaşında  dünya rekordçusu   oldu

45 yaşında dünya rekordçusu oldu

7 may 2024 , 16:16
"Mançester Yunayted"dəki  gələcəyimi düşünmürəm”  – Ten Haq

"Mançester Yunayted"dəki gələcəyimi düşünmürəm” – Ten Haq

7 may 2024 , 13:47
Dünyanın  ən yaxşı   20 futbol məşqçisi -  SİYAHI

Dünyanın ən yaxşı 20 futbol məşqçisi - SİYAHI

7 may 2024 , 11:58
"Mançeser Yunayted"dən antirekord

"Mançeser Yunayted"dən antirekord

7 may 2024 , 05:51
Avropa çempionu Pərviz Qasımov Vətənə qayıtdı -FOTO -VİDEO

Avropa çempionu Pərviz Qasımov Vətənə qayıtdı-FOTO-VİDEO

7 may 2024 , 02:19
"Səbail" "Qəbələ"yə UDUZDU

"Səbail" "Qəbələ"yə UDUZDU

6 may 2024 , 21:56
Qazaxıstanlı milyarder İngiltərə  futbol klubunu   aldı

Qazaxıstanlı milyarder İngiltərə futbol klubunu aldı

6 may 2024 , 19:47
Avropa çempionu müharibədə həlak oldu

Avropa çempionu müharibədə həlak oldu

6 may 2024 , 18:19